Qətər və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Əfqanıstan və Pakistan arasında sərhəd silahlı qarşıdurma dayandırılıb
Qətər və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Əfqanıstan və Pakistan arasında sərhəd silahlı qarşıdurma dayandırılıb

Qətər və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Əfqanıstan və Pakistan arasında sərhəd silahlı qarşıdurma başa çatıb. “Taliban”ın nümayəndəsi bildirib ki, Qətər və Səudiyyə Ərəbistanının tələbi ilə Əfqanıstan hücumları dayandırıb. Fars körfəzinin iki ərəb dövləti toqquşmalarla bağlı narahatlıq ifadə edib.

10 oktyabrın gecəsi Əfqanıstan ordusu Pakistanın sərhəd məntəqələrinə atəş açıb.

Əfqanıstan Müdafiə Nazirliyi bildirib ki, bu, həftənin əvvəllərində Əfqanıstana qarşı Pakistanın hava zərbələrinə cavab olaraq həyata keçirilib. Kabildə iddia ediblər ki, 58 pakistanlı hərbçi öldürülüb. Pakistan tərəfi isə bildirir ki, 200-dən çox əfqan döyüşçüsü məhv edilib.

“Əfqanıstanın dostları — Qətər və Səudiyyə Ərəbistanı — bildirib ki, müharibə dayandırılmalıdır, buna görə də bizim tərəfimizdən əməliyyat dayandırılıb və vəziyyət indi nəzarət altındadır. Biz yaxşı münasibətlər istəyirik. Şənbə gecəsi keçirilən hərbi əməliyyat zamanı məqsədlərimizə çatdıq. Təbii ki, mülki əhalinin zərər görməməsi üçün ehtiyatlı davranırıq. Müharibə Pakistan ərazisində bir neçə kilometr sahəyə yayılıb, ona görə də onların özləri bu döyüşçüləri nəzarətdə saxlamalıdır. 40 illik münaqişədən sonra biz Əfqanıstanın böyük ərazisinin müdafiəsini qısa müddətdə təmin edə bildik. Bəs onlar niyə eyni şeyi edə bilmirlər? Biz “sıfır gərginlik” tərəfdarıyıq. Əgər onlar danışıqlara qoşulmaq istəmirlərsə, Əfqanıstanın vəziyyəti həll etmək üçün başqa yolları var”, — deyə Əfqanıstanın Xarici İşlər naziri Amir Xan Mutakim bildirib.