Qenadi Arveladze – Çinə səfər çərçivəsində işçi qruplarının yaradılması barədə razılığa gəldik, konkret istiqamətlər üzrə, o cümlədən Gürcüstandan Çinə məhsulların ixracı üzərində işləyəcəyik

21:49, 24.09.2026

 

Gürcüstan ilə Çin arasında strateji tərəfdaşlıq Çin dövləti ilə iqtisadi əməkdaşlığın inkişafına kömək edir – bu barədə bəyanatı iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Qenadi Arveladze Çinə səfərin nəticələrini yekunlaşdırarkən verib.

Nazir müavininin qeyd etdiyi kimi, iqtisadi əməkdaşlığın inkişafına son illər ərzində iki dövlət arasında həyata keçirilən yüksək səviyyəli səfərlər xüsusilə kömək edir.

“Həm dövlət, həm də özəl sektorun nümayəndələri ilə yüksək səviyyəli görüşlər keçirmək imkanımız oldu. Nəqliyyat naziri, eləcə də ticarət nazirinin müavini ilə əməkdaşlığın konkret mexanizmlərini və gələcəkdə iki ölkənin əməkdaşlıq edə biləcəyi mühüm layihələri müzakirə etdiyimiz çox mühüm görüşümüz oldu. Həmçinin konkret istiqamətlər üzrə işləyəcəyimiz müəyyən işçi qruplarının yaradılması barədə razılığa gəldik. Qeyd olunan məsələ ticarət istiqamətinin gücləndirilməsinə, Gürcüstandan istehsal etdiyimiz mühüm məhsulların Çin bazarına ixracının təşviqinə aiddir” – nazir müavini qeyd edib.

Qenadi Arveladzenin bəyan etdiyi üzrə, işçi qruplarının yaradılması iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə kömək edəcək.

“Qeyd olunan işçi qrupu Çində məhsullarımızın həm müxtəlif elektron platformalarda populyarlaşdırılmasına, həm də müxtəlif sərgilərdə iştiraka və müxtəlif ticarət missiyalarının təşkili ilə biznes əlaqələrinin qurulmasına kömək edəcək prosesləri sürətləndirəcək” – Arveladze bəyan edib.

Oxşar