Qela Qeladze Ermənistanın səfiri Aşot Smbatyanla tanışlıq məqsədli görüş keçirib
Qela Qeladze Ermənistanın səfiri Aşot Smbatyanla tanışlıq məqsədli görüş keçirib

 

Gürcüstanın daxili işlər naziri Qela Qeladze Ermənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Aşot Smbatyanla tanışlıq məqsədli görüş keçirib.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, görüş çərçivəsində Cənubi Qafqaz regionunun dayanıqlı inkişafı üçün sülh və əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Tərəflər regiondakı cari hadisələrə və təhlükəsizlik məsələlərinə diqqət yönəltdilər.

Qela Qeladze həmçinin Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin iyun ayında Ermənistan Respublikasına baş tutan səfərindən danışıb. Nazir səfər çərçivəsində həm baş nazir, həm də onun erməni həmkarı ilə səmərəli görüşlərin keçirildiyini qeyd edib və nümayəndə heyətini yüksək səviyyədə qəbul etdiyinə görə erməni tərəfinə minnətdarlığını ifadə edib.

Görüşün iştirakçıları həmçinin iki ölkənin hüquq-mühafizə orqanları arasında mövcud sıx və səmərəli polis əməkdaşlığını müzakirə ediblər və birgə səylə bu əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduqlarını bildiriblər.