Qela Qeladze - Daxili İşlər Nazirliyinə rəhbərlik etmək, ləyaqətli və qürurverici polislərlə, DİN-in əməkdaşları ilə birlikdə ölkəmizə və xalqımıza xidmət etmək böyük şərəfdir
Daxili İşlər Nazirliyinə rəhbərlik etmək, ləyaqətli və qürurverici polislərlə, DİN-in əməkdaşları ilə birlikdə ölkəmizə və xalqımıza xidmət etmək böyük şərəfdir – bu barədə Gürcüstanın yeni daxili işlər naziri Qela Qeladze Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib.
“Cənab Baş nazir İrakli Kobaxidzeyə göstərilən etimada görə çox təşəkkürümü bildirmək istərdim. Həmçinin, dəstəyə görə “Gürcü Arzusu” komandasına təşəkkürümü bildirmək istərdim. Həmçinin, cənab Vaxtanq Qomelauriyə böyük hörmətlə müraciət etmək istərdim. O, son illər ərzində Daxili İşlər Nazirliyində islahatların aparılması prosesinə olduqca mühüm töhfə verib. Bu quruma rəhbərlik etmək, ləyaqətli və qürurverici polislərlə, Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə ölkəmizə və xalqımıza xidmət etmək mənim üçün böyük şərəfdir. Cənab Baş nazir göstərdiyiniz etimada görə bir daha çox minnətdarlığımı bildirirəm” – Qeladze qeyd edib.
Vaxtanq Qomelauri daxili işlər naziri vəzifəsindən bu gün istefa verdi. Daxili işlər naziri vəzifəsində onu Qela Qeladze əvəz edəcək.