Qeka Qeladze və nazirin birinci müavini Roni Mesxiyə general-mayor rütbəsi verilib
Qeka Qeladze və nazirin birinci müavini Roni Mesxiyə general-mayor rütbəsi verilib

 

Prezidentin qərarı ilə Qeka Qeladzeyə polis general-mayoru rütbəsi veriləcək – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

Baş nazir onun indiyədək polkovnik rütbəsi daşıdığını bildirib.

“Həmçinin, sizə mühüm yenilik haqqında məlumat vermək istəyirəm – cənab Qeka Qeladze polkovnik rütbəsi daşıyırdı. Prezidentin qərarı ilə ona bu gün layiq olduğu polis general-mayoru rütbəsi veriləcək. Sizə gələcək uğurlar arzulayıram. Həmçinin, nazirin birinci müavini cənab Roni Mesxiyə də general-mayor rütbəsi veriləcək. Gələcək fəaliyyətinizdə uğurlar arzulamaq istəyirəm” – baş nazir bildirib.