Daxili işlər naziri Qeka Qeladze Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay ilə vida görüşü keçirib.
Daxili İşlər Nazirliyinin məlumatında, tərəflərin bir daha Gürcüstan və Türkiyə Respublikası arasında strateji tərəfdaşlığı və onun dərinləşdirilməsinin əhəmiyyətini vurğuladıqları deyilir.
Nazir türk diplomata Gürcüstan və Türkiyə Respublikası arasında sıx ikitərəfli əməkdaşlığa, o cümlədən iki ölkənin hüquq-mühafizə orqanları arasında mövcud səmərəli tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi işində verdiyi töhfəyə görə təşəkkür edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.