Qeka Qeladze Türkiyə Respublikasında rəsmi səfərdədir
Qeka Qeladze Türkiyə Respublikasında rəsmi səfərdədir

 

Gürcüstanın daxili işlər naziri Qeka Qeladze Türkiyə Respublikasında rəsmi səfərdədir.

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında, Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikayanın gürcü nümayəndə heyətinə ev sahibliyi etdiyi deyilir.

Səfər çərçivəsində nazir türk həmkarı ilə ikitərəfli formatda görüş keçirəcək. Görüş zamanı ölkələr arasında hüquq-mühafizə sahəsindəki əməkdaşlıq, onun dərinləşdirilməsi perspektivləri və əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunacaq. Bundan başqa, Qeka Qeladze Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin polis bölmələrini də ziyarət edəcək və onların iş spesifikası və infrastrukturu ilə yerində tanış olacaq.