Qeka Qeladze - Türk təyyarəsinin göyərtəsində 20 nəfər olub, həlak olmuş 18 nəfər tapılıb, iki nəfərin axtarış işləri davam edir
Qeka Qeladze - Türk təyyarəsinin göyərtəsində 20 nəfər olub, həlak olmuş 18 nəfər tapılıb, iki nəfərin axtarış işləri davam edir

 

Türk təyyarəsinin göyərtəsində 20 nəfər olub. Onlardan həlak olmuş 18 nəfər tapılıb, iki nəfərin axtarış işləri davam edir – bu haqda Gürcüstanın daxili işlər naziri Qeka Qeladze jurnalistlərə deyib.

Qeka Qeladze, Türkiyənin daxili işlər naziri ilə daim koordinasiyada olduğunu bildirib.

“İlk növbədə, kədərimi ifadə etmək və həlak olanların ailələrinə, türk xalqına başsağlığı vermək istəyirəm. Bildiyiniz üzrə, dünən, təxminən saat 14:00-da Türkiyə hərbi təyyarəsi Azərbaycan ərazisindən havaya qalxaraq Gürcüstan sərhədini keçib və təxminən 5 km məsafədə qəzaya uğrayıb. Göyərtədə 20 nəfər, ekipaj üzvü olub. Təəssüf ki, onlardan 18-i tapılıb və həlak olub, iki nəfərin axtarış işləri davam edir. Türkiyənin daxili işlər naziri ilə daim əlaqə saxlayır və koordinasiyadayam. Bütün gecə ərzində hadisə yerində olan və istintaq hərəkətlərində iştirak edən türk həmkarlarımızın da daxil olduğu beynəlxalq istintaq qrupu yaratmışıq. Bildiyiniz üzrə, bu, hərbi təyyarədir və detallar haqda Türkiyə tərəfi ilə birlikdə, razılaşdırılaraq mərhələli şəkildə sizə məlumat verəcəyik” – Qeka Qeladze bildirib.