Qeka Qeladze - Təyyarənin düşməsi nəticəsində çoxlu detalları ətrafa səpələnib və bu işdə insan resursunun dəstəyi vacibdir, Daxili İşlər Nazirliyinin bölmələri ilə birlikdə, Müdafiə Qüvvələri hadisə yerindədir

İstintaq gedir və istintaqın maraqlarından irəli gələrək, bu mərhələdə detallar haqda danışmaqda təmkinli davranacağam – bu haqda Gürcüstanın daxili işlər naziri Qeka Qeladze jurnalistlərə deyib.

O, Daxili İşlər Nazirliyinin bölmələri ilə birlikdə, Müdafiə Qüvvələrinin hadisə yerində olduğunu bildirib.

“İstintaq gedir və istintaqın maraqlarından irəli gələrək, bu mərhələdə detallar haqda danışmaqda təmkinli davranacağam. Təyyarənin düşməsi nəticəsində çoxlu detalları ətrafa səpələndiyi üçün və bu işdə insan resursunun dəstəyi vacib olduğu üçün Müdafiə Qüvvələrinin nümayəndələri hadisə yerindədirlər. Daxili İşlər Nazirliyinin müxtəlif bölmələri ilə birlikdə, Müdafiə Qüvvələri iştirak edir” – Qeka Qeladze bildirib.