Qeka Qeladze Kaxetidə polis tədbirləri zamanı yaralanan Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşını ziyarət edib
Daxili işlər naziri Qeka Qeladze Kaxetidə keçirilən polis tədbirləri zamanı yaralanan Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşını tibb müəssisəsində ziyarət edib.
Daxili işlər naziri hüquq-mühafizə orqanının əməkdaşının sağlamlıq vəziyyəti ilə bağlı həkimlərdən ətraflı məlumat dinləyib. Hüquq-mühafizə orqanının əməkdaşı təcili əməliyyat olunub.
Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşı polis tədbirinin gedişi zamanı, Laqodexi Munisipalitetinin Kabal kəndində, barəsində məhkəmə tərəfindən həbs qərarı çıxarılmış şəxslərin biri tərəfindən xüsusi təyinatlı dəstə əməkdaşlarına açılan intensiv atəş nəticəsində, döş qəfəsi nahiyəsindən ağır yaralanıb. Polisin cavab atəşi nəticəsində silahlı şəxs yerindəcə zərərsizləşdirilib.