Qeka Qeladze İsrail Dövlətinin təhlükəsizlik naziri İtamar Ben Qvirə ev sahibliyi edib
Qeka Qeladze İsrail Dövlətinin təhlükəsizlik naziri İtamar Ben Qvirə ev sahibliyi edib

 

Gürcüstanın daxili işlər naziri Qeka Qeladze nümayəndə heyəti ilə birlikdə Gürcüstana rəsmi səfər edən İsrail Dövlətinin milli təhlükəsizlik naziri İtamar Ben Qvirə ev sahibliyi edib.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, iki ölkənin hüquq-mühafizə orqanlarının rəhbərləri görüş çərçivəsində mövcud sıx və səmərəli əməkdaşlığa diqqət yönəldiblər. Tərəflər, həmçinin, təcrübə və ən yaxşı praktikanın paylaşılmasının əhəmiyyətini vurğulayıblar.

Qeka Qeladze qeyd edib ki, gürcü tərəfi İsrail tərəfi ilə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyə hazırdır.

“İtamar Ben Qvir gürcü həmkarına ev sahibliyi etdiyi üçün təşəkkür edib və prioritet istiqamətlər üzrə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib. Görüşdə həmçinin daxili işlər nazirinin müavinləri və qurumun digər rəhbər şəxsləri, İsrail Dövlətinin Gürcüstandakı səfiri Valid Abu Haia və səfirliyin nümayəndələri iştirak edirdilər” – yayılmış məlumatda deyilir.