Qeka Qeladze qurumun İmereti və Sameqrelo bölgələrindəki müxtəlif şöbələrinin növbətçi əməkdaşlarını Yeni il münasibətilə təbrik edib
Daxili işlər naziri Qeka Qeladze birinci müavini Roni Mesxi ilə birlikdə qurumun İmereti və Sameqrelo bölgələrindəki müxtəlif şöbələrini ziyarət edib və növbətçi əməkdaşları Yeni il münasibətilə şəxsən təbrik edib.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, nazir səmərəli fəaliyyətinə görə onlara təşəkkür edib və Daxili İşlər Nazirliyinin hər bir əməkdaşının ictimai təhlükəsizliyin və asayişin qorunması işində yorulmaz əməyinin əhəmiyyətini vurğulayıb.
Qeka Qeladze qeyd edib ki, nazirlik gələcəkdə də əməkdaşların həm sosial, həm də iş şəraitini yaxşılaşdırmağa davam edəcək.