Qeka Qeladze - Ekipajın 20 üzvünün hamısının cəsədi tapılıb, istintaq üçün vacib olan bütün texniki vasitə və təyyarənin fraqmentləri tapılıb, ekspertiza aparılır
Gürcüstan və Türkiyənin müvafiq xidmətləri tərəfindən üç gün boyunca fasiləsiz aparılan axtarış tədbirləri nəticəsində Siğnaği Munisipalitetində türk hərbi təyyarəsinin qəzaya uğradığı yerdə və ona yaxın ərazidə göyərtədə olan 20 nəfərin hamısının cəsədi tapılıb.
“Ekipajın 20 üzvünün hamısının cəsədi tapılıb. Dünən 19 cəsədi morqa yerləşdirdik. Təxminən yarım saat əvvəl isə iyirminci cəsədi də tapdıq. Ekspert-kriminalistlər və istintaq qrupu hadisə yerində işləməyə davam edir. İstintaq üçün vacib olan bütün texniki vasitə və təyyarənin fraqmentləri tapılıb, ekspertiza aparılır. İstintaq və xilasetmə əməliyyatlarına gürcü, eləcə də türk tərəfinin nümayəndələri daxil olmaqla 1000-dən çox insan cəlb edilmişdi. Daxili İşlər Nazirliyinin bölmələrinə, Müdafiə Qüvvələrinin nümayəndələrinə və türk tərəfinə fəaliyyətlərinə görə təşəkkür etmək istəyirəm” – daxili işlər naziri Qeka Qeladze bildirib.
Türk hərbi təyyarəsi noyabrın 11-də Gürcüstan dövlət sərhədindən təxminən beş kilometrdə qəzaya uğrayıb.