Qeka Qeladze Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsini tutacaq
Qeka Qeladze Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsində Mamuka Mdinaradzeni əvəz edəcək.
Bu barədə Hökumət Administrasiyasında keçirilən brifinqdə məlum olub. Baş nazir İrakli Kobaxidze bəyanat verib.
Onun sözlərinə əsasən, Qeka Qeladzenin namizədliyi qarşıdakı sessiya həftəsində təsdiqlənməsi üçün parlamentə təqdim ediləcək.
“Gürcüstan Parlamentindən xahiş etmək istərdik, növbəti sessiya həftəsində cənab Qeka Qeladzeni Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə seçsin. Daxili İşlər Nazirliyinin bu aylar ərzində əldə etdiyi xüsusi nailiyyətləri vurğulamaq istərdim. Bu, xüsusilə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, narkotik cinayətlərinə qarşı mübarizə və bir çox digər sahələrə aiddir. Burada da Daxili İşlər Nazirliyində həyata keçirilən sistemli islahatları və dəyişiklikləri vurğulamaq istərdim. Bunun üçün Qeka Qeladzeyə təşəkkür etmək və ona yeni vəzifəsində uğurlar arzulamaq istərdim” – baş nazir qeyd edib.
Mamuka Mdinaradze 2025-ci ilin sentyabrın 3-dən Dövlət Təhlükəsizliyi Xidmətinə rəhbərlik edirdi. Qeka Qeladze isə 2025-ci ilin mayın 28-dən daxili işlər naziri vəzifəsini tutub.