Qeka Qeladze Daxili İşlər Nazirliyinin Sağlamlığın Müdafiəsi Xidmətinin yeni rəhbərini təqdim edib
Şalva Mağlakelidze Daxili İşlər Nazirliyinin Sağlamlığın Müdafiəsi Xidmətinə rəhbərlik edəcək. Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.
Daxili işlər naziri Qeka Qeladze yeni rəhbəri xidmətin əməkdaşlarına təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Qeka Qeladze müavini Mariam Tabatadze və Şalva Mağlakelidze ilə birlikdə Sağlamlığın Müdafiəsi Xidmətinin infrastrukturuna baxış keçirib və mövcud ehtiyaclar barədə ətraflı məlumat alıb.