Qeka Qeladze Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşlarını Yeni il münasibətilə təbrik edib
Daxili işlər naziri Qeka Qeladze nazirliyin müxtəlif bölmələrinə baş çəkib və növbədə olan əməkdaşları yeni, 2026-cı ilin gəlişi münasibətilə təbrik edib.
Nazir İctimai Təhlükəsizliyin İdarəetmə Mərkəzi “112”, Patrul Polisi və Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları ilə görüşüb və xidməti vəzifələrini vicdanla yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirib. Qeka Qeladze bayram günlərində ictimai asayişi və təhlükəsizliyi təmin edən Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarının əməyinin əhəmiyyətini xüsusi vurğulayıb.
Nazirlə birlikdə nazirliyin müxtəlif bölmələrində onun müavinləri də olub.