Qeka Qeladze daxili işlər nazirinin müavini kimi fəaliyyətini davam etdirəcək
Qeka Qeladze Gürcüstanın daxili işlər nazirinin müavini vəzifəsini tutacaq.
Bu barədə Gürcüstan Hökumət Administrasiyasında keçirilən brifinqdə baş nazir İrakli Kobaxidze bildirib.
“Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qeka Qeladze tutduğu vəzifədən istefa verib. Qeka Qeladzeyə fəaliyyətinə görə təşəkkür etmək istəyirəm. Qeka Qeladze müstəsna dərəcədə vicdanlı insan, fərqlənən peşəkardır. Həm daxili işlər naziri, həm də Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsində çalışdığı dövrdə o, dövlət təhlükəsizliyinin təmin edilməsinə və cinayətkarlıqla, o cümlədən mütəşəkkil narkotik və korrupsiya cinayətləri ilə mübarizə işinə çox böyük töhfə verib.
Öz bilik və təcrübəsi ilə Gürcüstanın Daxili İşlər Nazirliyinin komandasını əhəmiyyətli dərəcədə gücləndirəcək. Cənab Qeka Qeladzeyə fəaliyyətinə görə bir daha təşəkkür edir və uğurlar arzulayıram” – İrakli Kobaxidze bildirib.
Bu gün Qeka Qeladzenin Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsindən istefa verdiyi məlum olub.
Baş nazir Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə Tamaz Boraşvilinin namizədliyini təqdim edib.