Qeka Qeladze - Cəmiyyətə söz vermək istəyirəm, həm narkotik cinayəti, həm də mütəşəkkil cinayətkarlıq istiqamətində Daxili İşlər Nazirliyi yenə sərt siyasət aparacaq
Qeka Qeladze - Cəmiyyətə söz vermək istəyirəm, həm narkotik cinayəti, həm də mütəşəkkil cinayətkarlıq istiqamətində Daxili İşlər Nazirliyi yenə sərt siyasət aparacaq

 

Cəmiyyətə söz vermək istəyirəm, həm narkotik cinayəti, həm də mütəşəkkil cinayətkarlıq istiqamətində Daxili İşlər Nazirliyi yenə sərt siyasət aparacaq – bu barədə daxili işlər naziri Qeka Qeladze deyib.

O bildirib ki, Daxili İşlər Nazirliyi, hər bir polis narkotik cinayəti və mütəşəkkil cinayətkarlığa qarşı 24 saatlıq rejimdə işləməyə davam edir.

“Baş nazirin bu gün açıqladığı statistika düzgün narkotik siyasətinin, qanunvericilik təşəbbüslərinin və polis tədbirlərinin nəticəsidir. Mən 24 saat boyunca fədakarlıqla çalışan hər bir polisə təşəkkür etmək istərdim. Əlbətdə, narkotik cinayəti ilə bağlı dırnaqarası qoyma prinsipi dünya səviyyəli çağırışdır və Gürcüstan da istisna deyil. Bu istiqamətdə olduqca iddialı planlarımız var və planların icrası prosesi artıq başlayıb – keçid məntəqələri, eləcə də hava və ya terminallar istiqamətində. Bir neçə aya çoxsaylı yeniliklərimiz olacaq və bu statistika da mütləq azalacaq. Həmçinin, cəmiyyətə söz vermək istəyirəm, həm narkotik cinayəti, həm də mütəşəkkil cinayətkarlıq istiqamətində Daxili İşlər Nazirliyi yenə sərt siyasət aparacaq” – Qeka Qeladze bildirib.