Qeka Qeladze Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O'Flaerti ilə görüşüb
Qeka Qeladze Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O'Flaerti ilə görüşüb

 

Gürcüstanın daxili işlər naziri Qeka Qeladze Tbilisidə rəsmi səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flaerti ilə görüş keçirib.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, görüş çərçivəsində Qeka Qeladze insan hüquqları üzrə komissara nazirliyin fəaliyyəti və prioritet sahələri, eləcə də cari və həyata keçirilən islahatlar haqda ətraflı məlumat verib.

Həmçinin, tərəflər Gürcüstanda insan hüquqlarının müdafiəsi baxımından mövcud vəziyyəti müzakirə ediblər.

Görüşün sonunda tərəflər Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.