Qəhvədə qovrulmuş noxuddan istifadə edilməsi və qeydiyyatsız fəaliyyətə görə müəssisələrdən birinin fəaliyyəti dayandırılıb
Qəhvədə qovrulmuş noxuddan istifadə edilməsi və qeydiyyatsız fəaliyyətə görə müəssisələrdən birinin fəaliyyəti dayandırılıb

 

Milli Qida Agentliyi qəhvədə qovrulmuş noxuddan istifadə edilməsi və qeydiyyatsız fəaliyyətə görə müəssisələrdən birinin fəaliyyətini dayandırıb.

Məlumatı Milli Qida Agentliyi yayır.

“Milli Qida Agentliyinin Tbilisi Departamentinin müfəttişləri dövlət nəzarəti çərçivəsində qəhvə müəssisəsində MMC “Trader”də (ünvan: Tbilisi şəhəri, Kvaloni №1, identifikasiya kodu 404505905) plandankənar yoxlama aparıblar. Təftiş nəticəsində müəyyən edilib ki, biznes operatoru iqtisadi fəaliyyətlər reyestrində qeydiyyatdan keçmədən “Villa” və “Villa Goldi” adı altında qəhvə istehsalı (qovurma, üyütmə, qablaşdırma) həyata keçirib. Qeyd olunan məhsulların istehsalı zamanı xammal kimi qəhvə dənələri ilə yanaşı qovrulmuş noxuddan da istifadə olunub. Məhsul kiçik ticarət obyektlərində satılıb. Yoxlama prosesində kritik uyğunsuzluqlar aşkar edilib, o cümlədən etiketləmə və izlənəbilərlik qaydalarının pozulması müəyyən olunub. Aşkar edilən pozuntulara görə biznes operatoru cərimələnib, uyğunsuzluqlar tam aradan qaldırılanadək isə istehsal prosesi dayandırılıb” – Milli Qida Agentliyinin məlumatında deyilir.