Qəhrəmanlar Meydanında "Məcburi köçkünlər, məcburi köçkünlər üçün" təşkilatının üzvlərinin aksiyası baş verir
Tbilisidə Qəhrəmanlar Meydanında, Gürcüstanın birliyi uğrunda şəhid olan qəhrəmanların abidəsinin yanında “Məcburi köçkünlər, məcburi köçkünlər üçün” təşkilatının üzvlərinin aksiyası keçirilir. Toplanan insanlar təşkilatın sədri İrakli Toruanın azad edilməsini tələb edirlər.
Etirazçılar həmçinin veteranlara dövlət tərəfindən verilən sosial yardımın artırılmasını tələb edirlər.
Abxaziya Muxtar Respublikası Hökumətinin sədri Ruslan Abaşidzenin sözlərinə görə, məcburi köçkünlərin sosial məsələlərlə bağlı etirazını başa düşür. Onun sözlərinə görə, dövlət müxtəlif sosial proqramlar istiqamətində əlindən gələni edir.
Xatırlatmaq istərdik ki, bu yaxınlarda Qəhrəmanlar Meydanında kiçik insident baş verdi və bu zaman polis təşkilatın sədri İrakli Toruanı saxladı.