“Qazprom” “Şimal Axını 1” vasitəsilə Avropaya qaz nəqlini tamamilə dayandırdı
“Qazprom” rus şirkəti “Şimal Axını 1” vasitəsilə Avropaya qaz nəqlini tamamilə dayandırdı. Məlumatı “Deutsche Welle” yayır.
“Qazpromda” deyirlər ki, kəmərə məhdudiyyət təmir işləri ilə əlaqədar olaraq qoyuldu. Profilaktik işlər üç gün davam etməlidir.
“Şimal Axını 1” vasitəsilə qaz nəqli tamamilə dayandırılıb. Kompressor blokunda planlı təmir işlərinə başlanılır”, – “Qazpromun” bəyanatında deyilir.
Xatırladırıq ki, iyun ayında “Qazprom” qaz axınını kəskin şəkildə azaltdı. Rusiya şirkətində bunu Kanadada təmir olunmuş Siemens boru kəmərinin gecikməsi ilə izah rtdilər. Kəmər hazırda cəmi 20% gücü ilə işləyir, Rusiya tərəfi bunun avadanlıqların nasazlığı ilə bağlı olduğunu deyir, Avropa isə, Rusiyanın enerji resurslarından müharibə silahı kimi istifadə etdiyi qənaətindədir.