Qazaxıstanın vitse-baş naziri - Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibindən optik kabelin çəkilməsi 2026-cı ilin sonuna qədər planlaşdırılır
Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibindən optik kabelin çəkilməsi 2026-cı ilin sonuna qədər planlaşdırılır – bu haqda Qazaxıstanın vitse-baş naziri, rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiev deyib.
“Tranzit potensialını artırmaq məqsədilə, Xəzər dənizinin dibindən Azərbaycan Respublikasına qədər optik kabelin çəkilişi başlayıb. Layihənin cari ilin üçüncü rübündə başa çatdırılması planlaşdırılır” -Madiev qeyd edib.
Məlumata əsasən, Xəzər dənizində dəniz geoloji və mühəndislik tədqiqat işləri 2025-ci ilin avqustunda başlayıb.
Çəkiləcək kabelin ümumi uzunluğu 391 kilometr olacaq. Layihə çərçivəsində yaradılan xəttin maksimal ötürmə qabiliyyəti saniyədə 400 terabit olacaq. Bu infrastruktur “Orta Dəhliz” boyunca rəqəmsal əlaqələrin gücləndirilməsində mühüm rol oynayacaq.