Qazaxıstanın milli neft şirkəti “KazMunayGas” Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracını yeniləyib
Qazaxıstanın milli neft şirkəti “KazMunayGas” Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracını yeniləyib

 

Qazaxıstanın milli neft şirkəti “KazMunayGas” Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracını yeniləyib.

Sentyabrın 13-də Aktau limanından Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə 8,8 min ton neft yüklənib, növbəti yükləmə isə sentyabrın 20-nə planlaşdırılıb.

Bu marşrut üzrə tədarük cari ilin avqustunda dayandırılıb. 2025-ci ilin ilk səkkiz ayı ərzində Bakı-Tbilisi-Ceyhan marşrutu ilə qazax neftinin nəqlinin həcmi 0,9 milyon ton təşkil edib.

2022-ci ildə “KazMunayGas” və Azərbaycan Dövlət Neft Şirkəti “SOCAR” qazax neftinin tranziti haqqında razılaşma imzalayıblar. 2024-cü ildə şirkətlər Azərbaycan Respublikası ərazisindən neft tranzitinin mərhələli şəkildə artırılması haqqında razılaşma imzalayıblar.