Qazaxıstanın Energetika Nazirliyi – Qazaxıstan neft ixracı üçün əlavə marşrutlar kimi Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa marşrutlarını və Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən tranziti nəzərdən keçirir
Qazaxıstan neft ixracı üçün əlavə marşrutlar kimi Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa marşrutlarını və Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən tranziti nəzərdən keçirir. Bu barədə Qazaxıstanın Energetika Nazirliyindən “Interfax-Qazaxıstan” agentliyinə bildiriblər.
Nazirlikdən qeyd ediblər ki, “Xəzər Boru Kəməri Konsorsiumu”nun qeyri-sabit fəaliyyəti fonunda Qazaxıstan neft ixracının əlavə istiqamətləri kimi Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa marşrutlarını və Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən tranziti nəzərdən keçirir.
Qeyd etmək lazımdır ki, Qazaxıstanın milli neft və qaz şirkəti “QazMunayQaz” 2026-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neft ixracını 2025-ci illə müqayisədə 31% artıraraq 1,7 milyon tona çatdırmağı planlaşdırıb.
2026-cı ilin yanvar-iyun aylarında Aktau limanı vasitəsilə Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində qazax neftinin daşınma həcmi 704 min ton təşkil edib. Neft kəmərinin uzunluğu 1 768 kilometr, ötürücülük qabiliyyəti isə ildə 50 milyon tondan çox neftdir. Layihənin səhmdarlarıdır: “SOCAR” – 32,97%, Böyük Britaniyanın “BP plc” – 30,1%, macar “MOL” – 8,9%, Türkiyənin “TPAO” – 6,53%, İtaliyanın “Eni” və Fransanın “TotalEnergies” – hər biri 5%, Yaponiyanın “Itochu” – 3,4%, Hindistanın “ONGC Videsh” – 3,1%, ABŞ-nin “ExxonMobil” və Yaponiyanın “INPEX” – hər biri 2,5%.