Qazaxıstanın ən böyük şəhəri, Almatıda əyləncə yerləri yenə bağlandı
Qazaxıstanın ən böyük şəhəri, Almatıda hökumətin qərarı ilə, əyləncə yerləri yenə bağlandı. Bununla yanaşı, tənzimləmələrə əsasən, ticarət mərkəzləri, restoranlar və dövlət xidmətləri gün ərzində yalnız bir neçə saat işləyəcəklər.
Yeni tənzimləmələrə uyğun olaraq, ticarət mərkəzləri və bazarlar yalnız saat 16:00-a qədər, restoranlar isə, saat 22:00-a qədər işləyəcəklər.
Buna səbəb koronavirus hallarının artmasıdır.