Qazaxıstandan Kutaisi Aeroportuna bu gün 87 sərnişin endi, onlar arasında 60-ə qədər Gürcüstan vətəndaşıdır
Qazaxıstan Respublikasından bu gün Kutaisi Beynəlxalq Aeroportuna iki reys həyata keçirildi.
Aktau və Atırau aeroportlarından ümumilikdə 87 sərnişin endi. Onlar arasında 60-ə qədər Gürcüstan vətəndaşıdır.
Aktau və Atırau istiqamətinə uşuşlar Kutaisdən də edildi. Bu reyslərə 200-dən çox insan qeydiyyatdan keçdi.
Xatırladaq ki, dünən Nursultan istiqamətində ilk planlı uçuş oldu və burada qalmış 15 sərnişini apardı.
Sabah Kutaisidən Qazaxıstana uçuşlar planlaşdırılmır.