Qazaxıstanda prezident Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirildi

12:31, 26.11.2022

Qazaxıstanda prezident Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirildi. O, prezident postunu noyabrın 20-də keçirilən növbədənkənar seçkilər nəticəsində ikinci müddətə tutdu.

Yenidən prezident təyin olunduqdan sonra Tokayev noyabrın 28-də Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Görüşün Rusiyanın Orenburq şəhərində keçirilməsi planlaşdırılır.

Yayda, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Qazaxıstan prezidenti Vladimir Putinin iştirakı ilə qondarma Donetsk və Luqansk Xalq Respublikalarını “kvazi-dövlət” hesab etdiyi üçün onları tanımadığını bəyan etmişdi. Elə onun sözlərinə görə, Qazaxıstan eyni səbəbdən Tayvanı, Kosovonu, Cənubi Osetiyanı və Abxaziyanı tanımır.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Kasım-Jomart Tokayev 81 faizdən çox səs topladı. O, prezident postunu yeddi il müddətinə tutacaq.

Oxşar