Qazaxıstanda parlament seçkiləri keçirilir
Qazaxıstanda parlament seçkiləri keçirilir. 12 milyondan çox qeydiyyatda olan seçici ölkə miqyasında ümumilikdə 10 400-dən çox seçki məntəqəsində səs verə biləcək.
Səsvermə prosesi yerli vaxtla səhər saat 07:00-da başlayıb, seçki məntəqələri isə saat 20:00-da bağlanacaq.
Yeni Konstitusiya çərçivəsində, ilk ümumi seçkilərdə birpalatalı parlamentin 145 deputatı seçiləcək.
Səsvermə hüququndan xaricdə yaşayan Qazaxıstan vətəndaşları da istifadə edə biləcəklər, onlar 61 ölkənin 79 seçki məntəqəsində səs verə biləcəklər.
Məlumat üçün bildirək ki, parlamentə düşmək üçün partiyalar 5%-lik səddi keçməlidirlər.