Qazaxıstana rəsmi səfəri çərçivəsində Sulxan Tamazaşvili qazax həmkarı Erjan Sadenovla görüş keçirib

17:02, 05.11.2026

 

Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili qazax həmkarı Erjan Sadenovla görüş keçirib.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, görüşdə nazirlər iki ölkənin hüquq-mühafizə orqanları arasında mövcud əməkdaşlığı və onun inkişaf perspektivlərini müzakirə ediblər.

“Tərəflər polis sahəsində təcrübə və qabaqcıl praktikanın mübadiləsinin əhəmiyyətinə diqqət yönəldiblər. Həmçinin gələcək planlar və əməkdaşlığın gücləndirilməsi imkanları barədə danışıblar.

Görüşün sonunda Sulxan Tamazaşvili qazax həmkarına dəvətə və samimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Rəsmi səfərdə həmçinin daxili işlər nazirinin birinci müavini Roni Mesxi və nazirliyin müxtəlif qurumlarının rəhbər şəxsləri iştirak edirlər” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Oxşar