Qazaxıstan Prezidenti - əgər xalqların öz müqəddəratını təyinetmə hüququ faktiki həyata keçirilsə, xaos yaranacaq, bu səbəbdən biz Tayvanı, Kosovonu, “Cənubi Osetiyanı”, Abxaziyanı, Luqanskı və Donetski tanımırıq
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sözlərinə görə, onun dövləti qaondarma Luqansk və Donetsk Xalq Respublikalarını tanımır, çünki xalqların öz müqəddəratını təyinetmə prinsipinin geniş tətbiqi xaosa səbəb ola bilər. Bu barədə məlumatı rus mediası yayır.
“Hesablamalara görə, əgər dünyada millətlərin öz müqəddəratını təyinetmə hüququ faktiki olaraq həyata keçirilərsə, o zaman hazırda BMT-nin üzvü olan 193 dövlətin əvəzinə Yer kürəsində 500-dən çox, yaxud 600-dən çox dövlət olacaq. Təbii ki, xaos olacaq. Bu səbəbdən Tayvanı, Kosovonu, Cənubi Osetiyanı, Abxaziyanı tanımırıq.
Və belə görünür ki, bu prinsip bizim fikrimizcə, Luqansk və Donetsk olan kvazi suveren ərazilərə şamil olunacaq”, – Tokayev Rusiya prezidenti, Vladimir Putinin də iştirak etdiyi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında bəyan etdi.