Qazaxıstan nümayəndə heyəti Gürcüstanın Daxili İşlər Nazirliyinin bölməsini ziyarət edib
Gürcüstanın daxili işlər naziri Sulxan Tamazəşvilinin dəvəti ilə rəsmi səfərlə Gürcüstanda olan Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov və nümayəndə heyəti Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentini ziyarət ediblər.
DİN-in məlumatına görə, nümayəndə heyətinin üzvləri bölmənin fəaliyyətinin xüsusiyyətləri ilə tanış olub, həmçinin müasir texniki avadanlıq və infrastrukturla yerində tanışlıq aparıblar.
Səfər çərçivəsində Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşlarının iştirakı ilə nümayiş xarakterli taktiki təlimlər keçirilib. Təlimlərdə müxtəlif ssenarilər üzrə bölmənin fəaliyyət taktikası və peşə bacarıqları nümayiş etdirilib.