Qazaxıstan koronavirusun yayılmasının prevensiyası məqsədi ilə, yaxın günlərdə məhdudiyyətləri yenə də tədbiq edəcək
Qazaxıstan koronavirusun yayılmasının prevensiyası məqsədi ilə, yaxın günlərdə məhdudiyyətləri yenə də tədbiq edəcək

Qazaxıstan koronavirusun yayılmasının prevensiyası məqsədi ilə, yaxın günlərdə məhdudiyyətləri yenə də tədbiq edəcək. Müvafiq sərəncamı ölkə prezidenti dərc etdirdi.

Kasım Jomart Tokayev hökumətə tapşırıq verdi ki, iki gün ərzində sərtləşdirilmiş tədbirlər zərfini hazırlasınlar.

Tədbirlərin görülməsinə səbəb, son günlərdə ölkədə koronavirusa yoluxma hallarının sayının kəskin şəkildə artmasıdır.

Qazaxıstan Səhiyyə Nazirliyinin göstəriciləri ilə, ölkədə koronavirusun 21 327 halı qeydə alınıb. 183 pasiyent vəfat edib.