Qarpız və yemiş nümunələrində nitrat tərkibinə görə pozuntu aşkar edilməyib

14:40, 04.08.2026

 

Milli Qida Agentliyi istehlak bazarında olan bostan bitkilərini – qarpız və yemişi nitrat tərkibinə görə yoxlayır.

Milli Qida Agentliyinin məlumatına əsasən, bugünkü vəziyyətə görə, dövlət nəzarəti monitorinq proqramı çərçivəsində bütün ölkə miqyasında müxtəlif satış obyektlərindən 50 qarpız və yemiş nümunəsi götürülmüş və akkreditə olunmuş laboratoriyada yoxlanmışdı.

Tədqiqatın nəticələrinə əsasən, nitratların miqdarı qanunvericiliklə müəyyən edilmiş normanı (qarpız – 60 mq/kq, yemiş – 90 mq/kq) aşmır.

Mövsümü nəzərə alaraq, Milli Qida Agentliyi bazarda bostan bitkilərinin yoxlanılmasını müntəzəm olaraq həyata keçirəcək.

Oxşar