Qaret Uordi - "British Airways" və "EasyJet" martın sonundan Gürcüstana uçuşlar həyata keçirəcək, Gürcüstan iqtisadiyyatının uğurlu olmasını və açıqlığı davam etdirməsini istəyirik
Bu gün biz Gürcüstan iqtisadiyyatında yeni tərəfdaşlıq və yeni əməkdaşlıq haqda müsbət bəyanat görürük. Birləşmiş Krallıq Gürcüstan iqtisadiyyatının uğurlu olmasını istəyir – bu haqda Böyük Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord bildirib.
Səfirin qeyd etdiyi kimi, Gürcüstan açıq və azad iqtisadiyyata malik olmağa və bunu təmin etmək üçün islahata davam etməlidir.
“Vodafone”un “Celfie” ilə ortaqlıq qurmasına şadam. Bilirik ki, tezliklə London və Tbilisi arasında birbaşa uçuşlar olacaq, “British Airways” və “EasyJet” martın sonundan Gürcüstana uçuşlar həyata keçirəcək. Gürcüstan iqtisadiyyatının uğurlu olmasını və açıqlığı davam etdirməsini, eləcə də iqtisadi islahatların prioritet olmasını istəyirik” – səfir bildirib.