“Qardianın” məlumatına görə, Böyük Britaniyanın baş naziri iqtisadi artımı stimullaşdırmaq üçün viza siyasətini asanlaşdırmağı planlaşdırır
“Qardianın” məlumatına görə, Böyük Britaniyanın baş naziri, Liz Tras iqtisadi artımı stimullaşdırmaq üçün viza siyasətini asanlaşdırmağı planlaşdırır.
Yayılan məlumata görə, baş nazir çatışmayan peşələrin siyahısını artırmağı planlaşdırır ki, müvafiq vakansiyalar xarici işçi qüvvəsi ilə doldurula bilsin və bunun üçün bürokratiya sadələşdirilməlidir.
Nəşrin məılumatına görə, turizm nümayəndələri ixtisaslı işçilər üçün viza sisteminin həddən artıq sərt olmasından, bu səbəbdən başqa ölkə vətəndaşlarını işə götürə bilməməsindən narazılıqlarını bildirirlər.
“Qardianın” məlumatına görə, ölkədə qalmanın maksimum müddəti altı aydan çox uzadıla bilər. Nəşr yazır ki, hökumət yəqin ki, ilin sonunda yeni immiqrasiya siyasəti planını təqdim edəcək.