"Qardianın" məlumatına görə, 102 gündən sonra Yeni Zelandiyada koronavirusun daxili yoluxması halı qeydə alındı
İlk dəfə 102 gündən sonra Yeni Zelandiyada, koronavirusun daxili yoluxması halı qeydə alındı. Məlumatı “Qardian” nəşri yayır.
Yayılan məlumata görə, ölkənin ən böyük, Oklend şəhərində daxili yoluxmanın dörd halı aşkar edildi. Virusa yoluxanlar bir ailənin üzvləridirlər və səyahət tarixləri yoxudur. Yoluxma mənbəsi məlum deyil.
Koronavirusun aşkar edilməsinə görə, Yeni Zelandiya hökuməti Oklenddə tədbirləri sərtləşdirdi.