“Qardian” – İkinci Yelizavetanın ölümündən sonra “London körpüsü” kod adlı plan qüvvəyə minir

10:21, 09.09.2022

İkinci Yelizavetanın ölümündən sonra “London körpüsü” kod adlı plan qüvvəyə minir, – bu barədə “Qardian” yazır.

Plan monarxın ölümü halında xüsusi olaraq tərtib edilib.

“Qardianın” qeyd etdiyi kimi, Yaxın vaxtlarda Böyük Britaniyada və kraliçanın başçılıq etdiyi ölkələrdə on günlük matəm elan olunacaq.

Kraliçanın dəfn mərasiminin detalları kralın mərasim planını təsdiqlədikdən sonra məlum olacaq.

Ənənəyə görə, kraliçanın ölüm xəbəri Bukingem sarayının darvazalarına asılacaq.

Kral iqamətgahı ziyarətçilər üçün bağlı olacaq.

Böyük Britaniya kraliçası, İkinci Yelizaveta dünən Şotlandiyada 96 yaşında vəfat etdi.

Oxşar