Qardabaninin Qaracalar kəndində qətl faktı üzrə polis bir nəfəri yaxaladı
Qardabaninin Qaracalar kəndində qətl faktı üzrə polis bir nəfəri yaxaladı

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində, 1986-cı il təvəllüdlü T.M.-nı qəsdən qətl ittihamı ilə yaxaladılar.

DİN-in məlumatına görə, istintaq ilə müəyyən olundu ki, cari ilin fevralın 15-də, ittiham olunan Qardabani munisipalitetinin Qaracalar kəndində, keçmiş həyat yoldaşını – 1996-cı il təvəllüdlü X.Q.-nı, elə onun yaşayış evində, qısqancılıq zəmnində, soyuq silahdan istifadə edərək ölümcül yaraladı və hadisə yerindən qaçıb gizləndi. X.Q. yerində həlak oldu.

“Polis ittiham olunanı bir neçə saata yaxaladı. Hüquqmühafizəçilər soyuq silahı əşyayi dəlil kimi götürdü.

İstintaq GCM-nin 11 prima 109-cu maddəsinin ikinci hissəsinin “v” bəndi ilə aparılır. Cinayət 13 ildən 17 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur”, – DİN-in məlumatında deyilir.