Qaracalar kəndində on aylıq uşaqda koronavirus təsdiq olundu
Qaracalar kəndində on aylıq uşaqda koronavirus təsdiq olundu

Telavi munisipalitetinin Qaracalar kəndində on aylıq uşaqda koronavirus təsdiq olundu, – bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Kaxeti bölməsinin rəhbəri bəyan etdi.

Neli Xizanişvilinin məlumatına görə, uşaq Telavidə Uşaqlar Klinikasında müalicə olunurdu. Koronavirusa məxsus simptomlara görə, həkimlər analizin götürülməsi qərarına gəldilər.

Hazırda uşaq Tbilisi İnfeksiya Xəstəxanasına yerləşdirilib.

Yoluxma mənbəsi hələlik məlum deyil. Kənddə epidemioloqlar işləyirlər.

11 insanın analizi artıq Luqar laboratoriyasına göndərildi. Cavablar sabah tezdən məlum olacaq.