Qara dənizdə, Türkiyə sahilləri yaxınlığında dron hücumu nəticəsində Palau bayrağı altında üzən “Elbus” neft tankeri zədələnib
Qara dənizdə, Türkiyə sahilləri yaxınlığında dron hücumu nəticəsində Palau bayrağı altında üzən “Elbus” neft tankeri zədələnib

Qara dənizdə, Türkiyə sahilləri yaxınlığında dron hücumu nəticəsində Palau bayrağı altında üzən “Elbus” neft tankeri zədələnib. Bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, tankerin yuxarı hissəsi zədələnib. Hücum Kastamonu vilayətinin Abana rayonu yaxınlığında baş verib.

Hücumdan sonra gəmi həyəcan siqnalı göndərib, bundan sonra Türkiyə Sahil Mühafizəsi əməkdaşları hadisə yerinə gəlib və tankeri İnebolu limanına aparıblar.

Türkiyə mediası “Elbus” tankerinin hərəkət marşrutu barədə məlumat vermir.

Ukrayna teleqram kanalları isə bildirir ki, söhbət Rusiyanın “kölgə donanması”na aid olan və Novorossiyskə doğru hərəkət edən tankerdən gedir.