Qar uçqunu təhlükəsinə görə Qudauri-Kobi hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan edilir
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qar uçqunu təhlükəsinin səviyyəsi yüksəkdir və bu səbəbdən sözügedən hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan edilir.
Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.
“Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Stepantsminda-Larsi hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti dayanmadan keçmək rejimində həyata keçiriləcək” – məlumatda qeyd olunub.