Qar uçqunu təhlükəsi səbəbindən Qudauri (Poçt) – Kobi yol sahəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılır
Qar uçqunu təhlükəsi ilə əlaqədar Mtsxeta–Stepantsminda–Lars avtomobil yolunun Qudauri (Poçt) – Kobi sahəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.
Bu barədə məlumatı Avtomobil Yolları Departamenti yayıb.
Qurumun məlumatına görə, avtomobil yolunun digər sahələrində nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.