Qar səbəbiylə Jinvali-Barisaxo-Şatili yolunda nəqliyyatın hərəkəti qadağan edildi

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yollar Departamentindən verilən məlumata görə, qar yağması səbəbindən Jinvali-Barisaxo-Şatili yolunun 65-ci və 82-ci kilometrlərində nəqliyyatın hərəkəti qadağan edilib.

“Yalnız yoldan kənar nəqliyyata icazə verilir, qalan tiplu nəqliyyat vasitəsi qadağandır. Yolun qalan hissəsində nəqliyyat sərbəstdir.

Gürcüstan Avtomobil Yollar Departamenti, yol hərəkətini ən qısa müddətdə tam şəkildə bərpa etmək üçün fasiləsiz rejimdə müvafiq bərpa işləri aparır ”, – deyə agentlikdən bildirilib.