Qanunvericilik təşəbbüsünə əsasən, fiziki şəxslərin gəliri 100 min laridən başladığı halda, onlara əmlak vergisi tətbiq ediləcək
Fiziki şəxslər üçün əmlak vergisi ilə bağlı 40 min lari həddi tamamilə ləğv ediləcək. Bunu çoxluğun iclasından sonra parlament çoxluğunun lideri İrakli Kirtsxaliya açıqlayıb.
Onun sözlərinə görə, fiziki şəxslərə gəlirləri 100 min lari və daha çox olduğu halda əmlak vergisi tətbiq ediləcək.
Kirtsxaliyanın bildirdiyinə görə, qanunvericilik təşəbbüsü parlament tərəfindən sürətləndirilmiş qaydada qəbul ediləcək.
“Maliyyə Nazirliyi ilə fəal koordinasiya şəraitində sürətləndirilmiş qaydada qərar qəbul edilib ki, əmlak vergisi üzrə 40 min larilik hədd tamamilə ləğv olunsun və əmlak vergisi 100 min lari və daha çox gəliri olan vətəndaşlara tətbiq edilsin. Bununla 81 min nəfər əmlak vergisindən azad ediləcək”, – İrakli Kirtsxaliya bildirib.