Qanunvericilik dəyişikliklərinə əsasən, “Yol hərəkəti haqqında” qanunun tələblərinin pozulmasına görə pul cərimələri artırılır
“Yol hərəkəti haqqında” qanunun tələblərinin pozulmasına görə pul cərimələri artırılır. Parlamentə təqdim olunmuş qanun layihəsində qeyd olunur ki, yol hərəkətinin iştirakçısı (mexaniki nəqliyyat vasitəsi sürücüsü istisna olmaqla) tərəfindən qanun tələblərinin pozulması və ya yol hərəkətini tənzimləyən siqnallara tabe olmaması, habelə yol nişanları və ya yol işarələrinin tələblərinə məhəl qoymaması halında tətbiq olunan cərimə 10 lari əvəzinə 50 lari olacaq.
Layihədə qeyd olunur ki, bu hərəkətin təkrar baş verməsi halında cərimə 20 laridən 100 lariyə qədər artırılır.
Yuxarıda sadalananlarla yanaşı, avtomagistralda, beynəlxalq və ya daxili əhəmiyyətli yollarda yol hərəkətinin iştirakçısı tərəfindən qanun tələblərinin pozulması, yol hərəkətini tənzimləyən siqnallara tabe olunmaması və ya yol nişanlarının və yol işarələrinin tələblərinə əməl edilməməsi halları da inzibati məsuliyyətə səbəb olacaq.
Bu halda cərimə 100 lari təşkil edəcək, əgər belə pozuntu bir il ərzində təkrar edilərsə, cərimə 200 lari olacaq.