Qanunvericilik dəyişikliklərinə əsasən, hərbi vəziyyət dövründə Müdafiə Qüvvələrinin tərkibinə Hərbi Çağırış və Rekrutlaşdırma üzrə Milli Agentlik əlavə olunacaq
Qanunvericilik dəyişikliklərinə əsasən, hərbi vəziyyət dövründə Müdafiə Qüvvələrinin tərkibinə Hərbi Çağırış və Rekrutlaşdırma üzrə Milli Agentlik əlavə olunacaq

Hərbi vəziyyət dövründə Müdafiə Qüvvələrinin tərkibinə Hərbi Çağırış və Rekrutlaşdırma üzrə Milli Agentlik daxil ediləcək. Müvafiq dəyişikliklər “Müdafiə Məcəlləsinə” daxil edilib.

Hərbi Çağırış və Rekrutlaşdırma üzrə Milli Agentlik yeni “Müdafiə Məcəlləsinin” qüvvəyə minməsindən sonra yaradılıb. Onun əsas funksiyası vətəndaşların milli hərbi xidmətə çağırılması və Müdafiə Qüvvələrinin ehtiyatda olan şəxslərinin qeydiyyatıdır.

Nazirliyin izahına görə, agentliyin strukturu bələdiyyələr üzrə bölmələri əhatə edir və onun mühüm infrastrukturuna malikdir ki, bu da hərbi vəziyyət şəraitində istifadə üçün vacib olacaq.

“Buna görə də sülh dövründə agentliklə Müdafiə Qüvvələri birlikdə təlimlərin, məşqlərin, tədrisin planlaşdırılıb keçirilməsi, operativ planların, standart əməliyyat prosedurlarının və müvafiq hüquqi aktların hazırlanmasını təmin etməlidir,” – deyə Müdafiə Nazirliyi bildirir.