Qanunvericilik dəyişiklikləri layihəsinə əsasən, Kəşfiyyat Xidməti baş nazirin tabeliyindən çıxarılaraq Dövlət Təhlükəsizliyi Xidmətinin idarəetmə sahəsinə keçirilir
Qanunvericilik dəyişiklikləri layihəsinə əsasən, Kəşfiyyat Xidməti baş nazirin tabeliyindən çıxarılaraq Dövlət Təhlükəsizliyi Xidmətinin idarəetmə sahəsinə keçirilir

 

Baş nazirin tabeliyində olan Kəşfiyyat Xidməti Dövlət Təhlükəsizliyi Xidmətinin idarəetmə sahəsinə keçirilir. Müvafiq dəyişikliklərin təşəbbüsü büronun bugünkü iclasında irəli sürüldü, dəyişiklik 26 qanuna daxil edilir.

Dəyişikliklərə əsasən, Kəşfiyyat Xidməti Dövlət Təhlükəsizliyi Xidmətinin tabeliyində olan qurum – Milli Kəşfiyyat Agentliyi olaraq formalaşacaq.

Təşəbbüsə əsasən, agentliyin fəaliyyəti və səlahiyyətləri, agentliyin tərkibi, təşkili və strukturu, agentliyin əməkdaşının xidməti fəaliyyətinə müdaxilənin yolverilməzliyi, onun hüquqi müdafiə zəmanətləri və agentliyin maliyyələşdirilməsi ilə bağlı məsələlər yeni qaydada tənzimlənəcək.