Qanunvericilik dəyişiklikləri layihəsinə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilən bəzi hüquq pozuntularına görə pul sanksiyaları artır
Qanunvericilik dəyişiklikləri layihəsinə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilən bəzi hüquq pozuntularına görə pul sanksiyaları artır

 

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilən bəzi hüquq pozuntularına görə pul sanksiyaları artır. Daxili İşlər Nazirliyi tərəfindən parlamentə təqdim edilən dəyişikliklərə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qanuni qalma müddəti bitdiyi gündən üç ayadək Gürcüstanda qalması 180 lari əvəzinə, 1000 lari məbləğində cərimələnmə ilə nəticələnəcək. Həmçinin, bu hissədə cəza olaraq əcnəbinin altı ay müddətinə Gürcüstana girişinə qadağa qoyulacaq.

Dəyişikliklərə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Gürcüstanda qanuni qalma müddətinin bitdiyi gündən bir ilə qədər qalması 2 000 lari məbləğində cərimələnmə və əcnəbinin Gürcüstana girişinin 2 il müddətinə qadağan olunmasına səbəb olacaq, bir ildən çox qalarsa isə 3 000 lari məbləğində cərimə və əcnəbinin Gürcüstana girişinin 3 il müddətinə qadağan olunmasına səbəb olacaq.

Layihəyə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Gürcüstan ərazisində tranzit səyahət qaydalarının pozulmasına görə sanksiya 100 laridən 500 lariyə qaldırılır.

Dəyişikliklərə əsasən, Gürcüstanda qeydiyyatda olan hüquqi və ya fiziki şəxs tərəfindən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Gürcüstana dəvət edilməsi, onun xidmətlə təmin edilməsi və ya onun xidmətlərindən Gürcüstanda yaşamaq, iş və ya təhsil almaq hüququnun əldə edilməsi ilə bağlı müəyyən edilmiş qaydaların pozulmasına görə sanksiya şəklində, 100 lari cərimə əvəzinə 2000 lari məbləğində cərimələnməyə səbəb olacaq.