Qanunsuz formalaşmanın yaradılması, ona rəhbərlik və üzv olma faktı üzrə DİN istintaqa başladı
Qanunsuz formalaşmanın yaradılması, ona rəhbərlik və üzv olma faktı üzrə Daxili İşlər Nazirliyi GCM-nin 223-cü maddəsinin birinci hissəsi ilə istintaqa başladı.
Bu barədə DİN-in bəyanatında qeyd olunur.
“İctimaiyyətə xatırladırıq ki, ölkədə qanunsuz formalaşmanın yaradılması, ona rəhbərlik və üzv olma, yolverilməzdir.
Dövlətdə ictimai əsayişin təmin edilməsi qanunla yalnız Daxili İşlər Nazirliyinin funksiyasıdır.
Zoraklığa, polisə qarşı tabe olmamağa və qanunun pozulmasının hər bir faktına müvafiq münasibət bildiriləcəkdir”, – DİN-in bəyanatında deyilir.
Biznesmen Levan Vasadze dünən, Vera Bağında təşkil olunan görüşdə xalq dəstəsinin yaradılması barəsində bəyan etdi.